Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Barmaqların uzun müddət suda qaldıqda qırışmasının səbəbi » 09.02.2016, 15:51

Barmaqların uzun müddət suda qaldıqda qırışması dərinin suyu süngər kimi çəkməsi ilə əlaqələndirilirdi.

Alimlər bunun başqa səbəbdən baş verdiyini aşkar ediblər.

İngilis Biology Letters jurnalında dərc olunan araşdırmaya görə, İngiltərədəki Newcastle Universitetinin alimlərinin araşdırması göstərir ki, qırışmış barmaqlar yaş olduğu halda daha yaxşı qavrama qabiliyyətinə malikdir.

Uzun müddət suda qalan dərinin formasını dəyişməsi süngərəbənzər xüsusiyyətindən deyil, yaş obyektləri daha yaxşı tuta bilməsi üçündür.

Tədqiqatçılardan Tom Smulders, bunun, avtomobillərin şinlərinə bənzərliyini bildirib. Onun sözlərinə görə, şinlərin yaxşı yol tutmasını üçün onların üzərində olan arakəsmələrlə qırışlar demək olar ki, eynidir.

Smulders və qrupu, könüllülərdən əvvəl əlləri quru olaraq fərqli ölçülərdəki diyircəkləri tutmalarını istəyib.

Daha sonra alimlər könüllülərə əllərini 30 dəqiqə isti suda saxlandıqdan sonra bu prosesi təkrar etməyi bildirib. İştirakçıların qırışmış barmaqlarla yaş diyircəkləri daha tez tutduqları müşahidə olunub.