Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Misir haqqında maraqlı məlumatlar » 12.02.2016, 15:16

 

Qədim Misiri sivilizasiyanın beşiyi adlandırırlar. Məlumdur ki, orada min illər öncə ilk dəfə qala və onun açarlarını, daraq və qayçı, makiyaj və dezodorant, parik və pasta ilə birlikdə diş fırçası fikirləşmişdilər. Ancaq müasir Misirdə də çox maraqlı hadisələr baş verir. 

Misir ərazisinin 95 faizini səhralar tutur. Əhalisinin çox hissəsi beş faiz ərazidə yaşayır.

Misirdə qırx dərəcəli isti zamanı kişilər ağ rəngdə paltar geyinirlər amma qadınlar yenədə qara. Bəziləri iddia edirlər ki, bunun səbəbi qadınlar gəzintidən  evə tez qayıtsın deyədir.

Misir ən çox gəliri heç də turizmdə almır. Ən çox gəlir Süveyş kanalından üzrə keçən gəmilərdən alınan rüsumlardır. Turizm neftçıxarmadan sonra üçüncü yerdədir.

 Süveyş kanalı dünyanın ən böyük kanalıdır. 1869-cu ildə çəkilən kanal Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan süni su kanalıdır. Burada gəmiçilik yalnız 1967-1975-ci illərdə İsrail ilə müharibə zamanı dayandı. . Daha az məşhur olan Panama kanalı Süveyşdən iki dəfə qısadır.

Asuansk bəndi Nil daşqınlarından əraziləri qorunmaq üçün tikilmişdir və dünyada ən böyük tikintidir. Tikintiyə sərf edilmiş materialların miqdarına görə Xeopsa ehramını 17 dəfə üstələmişdir.  Asuansk bəndinin tikintisindən sonra Nasera gölü yarandı və o dünyanın ən böyük süni su anbarıdır.

Çoxları təəccüblənirlər ki, niyə Misirdəki bütün evlərdə damlar demək olar ki, yarımçıq hazırlanmışdır və bəzilərində heç yoxdur. Məsələ ondadır ki, əgər evin  damı yoxdursa o tamamlanmamış hesab edilir və bununla da mülkə vergi ödəmək lazım olmur. 

Makedoniyalı Aleksandr Misirdə dəfn edilmişdir. Aleksandr özü vəssiyyət etmişdir ki, o öləndən sonra onu Siva oazisində dəfn etsinlər lakin versiya var ki, sərkərdə Ptolemey Laq öz çarının istəyini pozdu və onu İskəndəriyyənin ətrafında dəfn etdi. Hər halda onun qəbri indiyə qədər tapılmamışdır.

Xeopsa (Xufu) ehramı -indiyə qədər qalmış Dünyanın yeddi möcüzəsindən biridir.  Ehramın hündürlüyü indi 137,2 metr təşkil edir. Ehram 203 yarusda yatırdılmış təxminən 2,3 milyon daş kubundan toplanmışdır.Daşın orta çəkisi 2,5 tondur amma daha böyükləri var ki, onların çəkisi 15 tona qədər çatır.

Məşhur Sfinksdə daha əvvəl burun var idi. Napoleon ordusunda olan əsgərlər 1798-ci ildə onu götürdü və ondan atış təlimi vaxtı hədəf kimi istifadə etdilər.

II Firon Ramzesin mumiyası müasir misir pasportuna malikdir. 1974-cü ildə naməlum səbəblərdən mumiyanın vəziyyəti sürətlə pisləşməyə başladı. Qərar verilmişdi ki, o Parisə müayinəyə aparılsın. Mədəni dəyər kimi onun ixracının rəsmiləşdirməsindən qaçmaq üçün mumiyaya pasport hazırladılar. Pasportda fironun adı – Ramses göstərilmişdi, Peşə hissəsində Kral və xəstə nişanı dururdu.