Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Saatın əqrəbləri niyə soldan sağa doğru hərəkət edir? » 18.02.2016, 12:51

 

Saatın əqrəbləri niyə soldan sağa doğru hərəkət edir?

Qədim misirlilər günəşin hərəkətindən istifadə edərək ilk günəş saatını icad etdilər. Bunun üçün düz bir meydanda hündür bir daş qoydular və Günəşin kölgəsini izləməyə başladılar. Məlum oldu ki, Misir yerin cənub yarımkürəsində, həm də ekvatora yaxın bir yerdə yerləşdiyi üçün günəş doğanda kölgə tamailə qərbə doğru istiqamət götürür. Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edir. Günəş batanda isə kölgə şərqə doğru istiqamət alır. Bir sözlə, kölgə bu günkü saatların əqrəbləri kimi soldan sağa doğru hərəkət edir. Daha sonralar kəfkirli, mexaniki, batareyalı saatlar da da istiqamət dəyişmədi, hətta soldan sağa doğru baş verən bu hərəkət saat əqrəbi istiqaməti adını aldı.