Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Gözəl Bakımız haqqında 10 maraqlı məlumat » 19.02.2016, 11:49

1.Sovet fiziki, Nobel mükafatçısı Lev Landau Bakıda anadan olub.

2. V-VI əsr tarixi mənbələrində Bakının adı «Atəş-i Baquan» adlandırılıb.

3. Bakıdakı Neft Daşları dünyanda ilk neft platformasıdır.

4. Fransanın məşhur generalı Şarl de Qoll 1944-cü ilin sonlarında təxminən bir ay Bakıda yaşayıb.

5. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000-ci ildə, Qobustan Milli Parkı isə 2007-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. 

6. Dünya şöhrətli, Rusiyanı təmsil edən şahmatçı Harri Kasparov, həmçinin Moskva Metropoliteninin hazırkı başçısı İvan Besedin Bakıda andan olub.

7. «Wikipedia»da «Bakı» səhifəsi 123 dildə mövcuddur.

8. Ceyms Bondun məşhur sərgüzəştlərindən biri olan «Dünya kifayət deyil» (The World Is Not Enough) filminin əsas kadrları Neft Daşlarında lentə alınıb.

9. Bakı dünyada 20 şəhərlə «qardaşlaşmış şəhər» statusuna malikdir. Bunların arasında Türkiyənin İstanbul və İzmir, İranın Təbriz, İtaliyanın Neapol, İraqın Bəsrə, S. Ərəbistanının Ciddə, CAR-ın Yohannesburq və Rusiyanın Moskva şəhərləri var.

10. 2010-cu il sentyabrın 1-də açılışı edilmiş Dövlət bayrağı dirəyi həmin dövr üçün dünyanın ən hündür bayraq dirəyi olaraq Ginnesin dünya rekordlar kitabına düşüb.