Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Kitablar haqqında maraqlı məlumatlar » 19.02.2016, 12:52

Leonardo da Vinçinin 1510-cu ildə yazdığı “Lester kodeksi” dünyada ən bahalı kitabdır.  Dünyanın quruluşu barədə mülahizələrinin əks olunduğu kitabı 1994-cü ildə “Microsoft” kompaniyasının təsisçisi Bill Geyts hərracda 30,8 milyon dollara almışdı.

width=

 

Haqqında ən çox kitab yazılan qəhrəmanlardan biri Napoleondur. Bu günə qədər görkəmli sərkərdə haqqında 10 mindən artıq müxtəlif kitablar yazılıb. Napoleon isə sürətli oxu tərzi ilə kitablara böyük maraq göstərib və o bir dəqiqə ərzində iki min söz oxuyurmuş.

width=

 

Dünyanın ən böyük kitabxanası Vaşinqtonda yerləşən Amerika Birləşmiş Ştatları Konqresinin kitabxanasıdır. Bu kitabxanada 470 dildə 30 milyondan artıq kitab, milyondan artıq dünyanın müxtəlif ölkələrinin mətbu orqanları, 6 milyon əlyazması, 5 milyona yaxın xəritələr, 12 milyon şəkil və s. saxlanılır. İl ərzində kitabxanadan istifadə edənlərin sayı 2 milyona yaxındır. Kitabxanada 3600 nəfər çalışır.

width=

 

Dünyada ən böyük atlas Berlin dövlət kitabxanasında saxlanılır.Atlasın hündürlüyü 1m 70sm eni 2m 20sm,yaşı 200 ile yaxındır.Bu kitabxanada 8min atlas saxlanılır.Bundan başqa 7min nüsxə müxtəlif kartoqrafik ədəbiyyatlar saxlanılır.Bu kolleksiyanı 1661-ci ildən yığmağa başlamışlar.

width=

 

Əgər 3 səhifə kitab oxumuşsuzsa deməli gözləriniz 1 kilometr yol qət edib.

width=

 

Avstraliyada Elizabetin kitab mağazası adlanan dükanlar var ki, kitabların hamısı şəkildəki kimi bükülərək standart formada satılır. Məqsəd isə odur ki: Bir kitabı onun üz qabığına görə qiymətləndirmə

width=

 

Dünyanın ən bahalı kitabı sayılan The task(tapşırıq) sadəcə 13 səhifədən ibarətdir. Bu kitabın dəyəri 153 million avroya dəyərləndirilir. Kitabın müəllifi Tomas Alexander Hartmandır. Bu kitabda fundamental suallara cavab verilir: biz kimik?, hardan gəlmişik?bizim etməli olduğumuz əsas nələrdir? və s.

width=

 

1940-сı il 8 oktyabr tarixində Londonda bombalanmış kitab mağazalarının birində kitab oxuyan oğlan.

width=