Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Yağış haqqında maraqlı məlumatlar.. » 26.02.2016, 12:34

1. Portuqaliyada yağış işə getməmək üçün üzrlü səbəb hesab olunur.
2. ara şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.
3. Darts oyununun yaranma səbəbi yağış olub. Bir gün oxçular yarış vaxtı yağışa düşüblər. Pivəxanaya gedib qısaldılmış oxları divardakı hədəfə atmağa başlayıblar.
4. Əslində yağışın iyi yoxdur. Yağışın ətri dediyimiz iyi əslində aktino və sianobakteriyalar ifraz edir. Yağışa iy verən maddə geosmin adlanır.
5. Uqanda sakinlərini fırtına ilə qorxutmaq olmaz. Belə ki ölkədə ildə 250 gün yağış yağır.
6. Radioda hava proqnozlarının yaranma səbəbi yağış olub. Amerikalı radiostansiya sahibi bir gün yağışa düşdükdən sonra radiosunda sutkada bir neçə dəfə yağış haqda məlumat verən yeni rubrika açıb.
7. Quraqlıq Bostvanada insanlar yağış mənasına gələn pula sözü ilə salamlaşır, həmçinin ölkənin valyutası da yağış adlanır.
8. Kubada yalnız siesta vaxtı, Taylandda isə yalnız gecə yağış yağır.
9. XVII əsrdə Böyük Britaniyada yağış haqqında qanun mövcud idi. Onun əsasında səhv məlumat verən sinoptiki edam edirdilər.
10. Əgər insan səhradadırsa yağışın altında tamamilə quru qala bilər. Əslində səhrada yağış olsa da onu hiss etmək mümkün deyil. Belə ki, damlalar yerə çata bilmədən isti havada buxarlanırla