Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
DAHİ FIRILDAQÇI » 01.03.2016, 14:21

width=

Gördüyünüz bu şəxs Ferdinand Uoldo Demaradır. O həmçinin dahi fırıldaqçı adı ilə də məşhurdur.
O, özünü müxtəlif vaxtlarda rahib, həbsxana direktoru, uşaq baxıcılığı üzrə ekspert, mühəndis, inşaatçı, şerif yardımçısı, psixoloq, vəkil, sanitar, müəllim, xərçəng xəstəliyinin mülicəsini tapmış həkim və s. kimi qələmə vermişdir. Lakin heç vaxt bu yolla pul qazanmağa çalışmamışdır. İstədiyi sadəcə insanların ona hörmətlə yanaşması idi.
Bir müddət kilsədə rahib kimi çalışan Ferdinand burada Cozef adlı bir cərrah ilə tanış olur. Sonradan onun adından istifadə edərək özünü həmin cərrah kimi qələmə verir. Koreya müharibəsi zamanı onun həqiqətən həkim olduğuna inanıb ona leytenant rütbəsi verilir və gəmidə həkim fəaliyyətinə başlayır. Bir gün gəmiyə 16 ağır vəziyyətdə olan əsgərlər gətirilir. Təbii yeganə həkim bu olduğu üçün xəstələr onun öhdəsinə verilir. Heç bir tibbi savadı olmayan, sadəcə bir tibbi kitaba malik olan bu şəxs,hər nə qədər təəccüblü olsa da bütün əsgərləri sağaldır.
Onun haqqında qəzetlər yazmağa başlayır. Bir gün təsadüfən qəzetdəki məqaləni Ferdinandın adından istifadə etdiyi əsl həkim Cozefin anası oxuyur və fırıldağın üstü açılır. Lakin etdiyi əməl inkaredilməz idi və ona qarşı heç bir ittiham irəli sürülmür.