Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Eynşteyn haqqında bilmədikləriniz » 03.03.2016, 14:20

Eynşteyn başı yekə, özü də kök bir uşaq olub. Doğularkən başı o qədər böyük olub ki, deformasiyaya uğrayıb. Əvvəlcə elə biliblər ki, uşaq anormaldır. Ancaq sonradan bəlli olub ki, uşaqda hər şey qaydasındadır. Bundan sonra anasını uşaqla birlikdə evə buraxıblar. Sonradan Eynşteynin nənəsi bir müsahibədə onun haqda belə demişdi: “Eynşteynin uşaqlığı digər uşaqlara nisbətən bir addım gec başlamışdı…”

width=

 

Eynşteyn xəstəxanada cəmi bir gün yatmışdı. 76 yaşlı alimə daxili qanaxma diaqnozu qoyulmuş, amma o, cərrahiyyə əməliyyatından imtina etmişdi. “Mən bu dünyadan özüm istəyəndə köçmək istəyirəm. Həyatı süni şəkildə uzatmaq mənasız işdir. Artıq getmək vaxtıdır və mən layiqli şəkildə getmək istəyirəm” – deyə alim bildirmişdi.

width=

 

Hiroşima və Naqasakiyə atılan atom bombalarından sonra Albert Eynşteynin dediyi söz:
Belə olacağını bilsəydim, ayaqqabı təmirçisi olardım.

width=

 

Hekayəyə görə A.Eynşteynə “Dünya Gözəllik Kraliçası” olan xanım; “Gəl evlənək,uşağımız da mənim qədər gözəl və sənin qədər ağıllı olsun” deyir.
Eynşteynin cavabı isə çox məntiqli olur; “Bəs mənim qədər çirkin və sənin qədər axmaq olarsa?

width=

 

Eynşteyn, yumurtasını şorbanın içinə ataraq qaynadardı və beləcə əlavə yuyulacaq qab-qacaq çıxmazdı.
Müsahibəsində buna Ən böyük icadım demişdir.

width=

 

Çoxlarınızın yalnız Eynşteyn olan hissəsini gördüyünüz o məşhur dilçıxarma səhnəsi.
Fotoşəkil, 14 Mart 1951-də Eynşteynin ad günündə, UPI fotoqrafı Arthurr Sasse tərəfindən çəkilmişdir. Eynşteyn bir yığıncaqdan evə dönərkən, jurnalistlər tərəfindən kameraya gülümsənilməsi istənildi. O gün dəfələrlə kameralara gülümsəmək məcburiyyətində qaldıqdan sonra Bu qədəri bəsdir! deyə jurnalistlərə qışqırdı; ancaq onları uzaqlaşdıra bilmədiyini anlayınca bu səfər dilini çıxardı.2009-cu ildə bu şəklin orijinalı bir auksionda 74.324 dollara satılmışdır.

width=

 

Eynşteyn Çarli Çaplinin filmlərini çox sevərdi və şəxsiyyətinə, eləcə də personajlarına xüsusi münasibəti vardı. Çaplinə göndərdiyi teleqramda belə yazır: Sizin filmləri bütün dünya anlayır və mən əminəm ki, siz dahi insan olacaqsız. Eynşteyn.
Çaplin cavab yazır: Mən sizinlə daha artıq fəxr edirəm. Sizin nisbilik nəzəriyyəsini heç kim anlamır. Amma siz artıq dahi insan olmusunuz.

width=

 

Eynşteynin Atom saatı nəzəriyyəsinə görə dənizdən yuxarı qalxdıqca zaman yavaşlamağa başlayır. Ona görə də dağlıq ərazilərin insanları daha çox yaşayır...

width=

 

Eynşteynin insanlığa son mirası televizordur. (Eynşteynin işıq nəzəriyyəsi sayəsində televiziya icad edildimişdir.)

width=

 

Eynşteyn İngiltərənin Mançester Universitetində fizikaya aid mühazirə oxuduğu vaxt, yazı taxtasına bir formul yazır və mühazirəni davam etdirir. Yenidən o tərəfə döndükdə formulu
görmür. Məlum olur ki, tələbələr Eynşteyndən yadigar qalsın deyə, yazı taxtasını götürüb, yerinə başqasını qoyublar. Həmin lövhə qorunur.

width=