Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Kompasın əqrəbi nə üçün şimalı göstərir? » 04.03.2016, 12:32

Kompasın əqrəbi adi maqnitdən başqa bir şey deyil. Bildiyiniz kimi hər bir maqnitin şimal və cənub adlı iki qütbü var. Maqnitin maraqlı xassələrindən biri eyni qütblərin bir-birini itələməsi, fərqli qütblərin isə bir-birini cəzb etməsidir. Yəni, əgər maqniti qarşı-qarşıya qoysaq, onların eyni adlı qütbləri bir-birini itələyəcək, müxtəlif adlı qütbləri isə bir-birini cəzb edəcək. Yer kürəsinin şimal və cənub maqnit sahəsi isə coğrafi olaraq müəyyən edilən şimal və cənub qütblərinə yaxındır. Kompasın ilk nümunələrinin eradan 200 il əvvəl Çində hazırlandığı ehtimal edilir. Bu ilk kompasların əqrəblərini maqnit xüsusiyyətinə malik daşlar əvəz edirdi. Maqnitləşmiş əqrəblərdən istifadə edilən kompaslar da ilk dəfə VII əsrdə Çində hazırlanmışdır. X əsrdən etibarən isə kompaslardan bütün dünyada istifadə olunmağa başlanmışdır.