Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Planetimizin ən yüksək dağ zirvəsi - Everest » 10.03.2016, 14:34

Everest – planetimizin ən yüksək dağ zirvəsidir və onun ən pik nöqtəsi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir. Dağ öz adını 19-cu əsrin ortalarında Britaniya Hindistanında geodeziya xidmətinə rəhbərlik etmiş ingilis Con Everestin şərəfinə qəbul etmişdir. Bundan əlavə Everest bir neçə başqa adlara da sahibdir. Məsələn, Tibetdə onu tərcümədə “İlahə-Qarlar anası” mənasını verən Comolunqma, Nepalda Saqarmatha (Kainatin anası) adlandırılır.
Zirvənin hündürlüyünün ilk ölçülməsi 1856-cı ilə aiddir. Bu zaman onun hündürlüyü 29 000 funta bərabər olur.
20-ci əsrin sonlarında Everest-in hündürlüyü müasir texnika vasitəsilə ilə ölçülür. Bu zaman onun hündürlüyünün əvvəllər təyin edilən hündürlükdən 25 metr daha yüksək olduğu aşkar edilir. Lakin bu məlumatlar rəsmi olaraq tanınmır.
Everest zirvəsini ilk fəth edənlər isə Yeni Zellandiyalı alpinist Edmund Hillari və Tenzing Norgey olur. Onlar 1953-cü il 29 may tarixində zirvəyə qalxırlar və burada 15 dəqiqə keçirirlər. Hillari öz yol yoldaşının şəklini Everest zirvəsində çəkir. Yeni Zellandiyalının isə bu zirvədə qeydə alınmış heç bir şəkli yoxdur. Çünki onun yoldaşı fotoaparatdan istifadə etməyi bacarmırdı.
Müxtəlif məlumatlara görə isə, Everest zirvəsinə edilən yürüşlərdə 150-dən 200-ə qədər insan həlak olub. Alpinistlərin əksəriyyətinin cəsədi isə həlak olduqları yerdəcə qalıb. Bu onların cəsədlərinə qarşı hörmətsizlikdən deyil, çətin təbiət şərtlərindən irəli gəlir.

Yayda zirvədəki temperatur heç vaxt 0 dərəcədən yüksəlmir, qışda isə buradakı temperatur -60 dərəcəyə qədər enir.