Masinim.azVektorBakuBakuİnfoVektorMaşınım
ANA SƏHİFƏ XƏRİTƏ XƏBƏRLƏR İNFOMƏLUMAT REKLAM ƏLAQƏ
Heç xəstələnməyən uşaqların sirri nədir? » 11.03.2016, 14:33

Heç xəstə görmədiyiniz qonşu uşaqları var?

Onların valideynləri sizin bilmədiyiniz sirlərə malikdir?

Mütəxəssislər xeyr deyir və xəstəliklərdən uzaq, sağlam uşaq üçün etməniz lazım olan 6 vərdişi təklif edir:

width=

Əlləri təmiz saxlayın

 Nizamlı əl yumaq, tənəffüs yolu və həzm xəstəliklərinin yoluxmasını qarşısını almaqda əhəmiyyətlidir.

 Uşağınıza tualet ehtiyaclarını ödədikdən sonra, oyun oynadıqdan sonra və ən əhəmiyyətlisi süfrəyə oturmadan əvvəl əllərini yuma vərdişini öyrətməlisiniz.

Əlləri yuyarkən 15-20 saniyə ərzində əllər sabun ilə ovulmalıdır.

 

width=

Hər gün aktiv olmaq

Araşdırmalar göstərir ki nizamlı və orta dərəcədə məşq infeksiya ilə mübarizə aparan hüceyrələrin qan dövranını artırır.

 

width=

Kifayət qədər yuxu

 Uşaqlarınızın tez yatdığına əmin olun. Yuxu məhdudiyyətləri soyuqdəymə və qripə yoluxma riskini demək olar ki, iki dəfə artırır.

 Körpələrin gündə 14 saat, məktəbəqədər uşaqların isə 11-13 saat yuxuya ehtiyacı vardır.

 

width=

Üzə toxunmaq

Soyuqdəymə və qrip virusları burun, gözlər və ağız yolu ilə bədənə daxil olur. Buna görə uşağınızın əllərini bu sahələrdən uzaq tutmasını təmin edin.

Reallaşdırması çətin bir vəzifədir, amma çox əhəmiyyətlidir.

Ayrıca çəngəl ya da diş fırçası kimi şəxsi olması lazım olan əşyalarını da paylaşmaması lazım olduğunu öyrənməlidir.

 

width=

Balanslı və sağlam qidalanmaq

 Rəngli meyvə və tərəvəzləri bol-bol yemək, uşağınızın immunitet sistemini gücləndirmək üçün yardımçı olacaqdır.

 Xüsusilə C vitamini  bol olan gül kələmi, çiyələk, portağal və D vitamini baxımından zəngin olan ton balığı, süd, taxıl istehlak etməlidir.

 

width=

Qrip peyvəndi

Qripdən qorunmaq üçün ən yaxşı yol qrip peyvəndi etdirməkdir.

Son illərdə qrip peyvəndləri ilə bağlı bir çox mübahisə eşitmiş ola bilərsiniz lakin ən yaxşısı həkiminiz ilə məsləhətləşin və qorunmaq üçün hansı qrip vaksinlərinin daha sağlam olduğunu öyrənin.